
Xəbər lenti
Müxalif jurnalistin “Nobel” mükafatı alması Rusiya hakimiyyətini qəzəbləndirdi

Manevr.az xəbər verir ki, bu barədə o özünün telegram kanalında yazıb.
Volodinin fikrincə, fundamental elmlər üzrə Nobel mükafatının verilməsində problem yoxdur. Lakin “sülh” üzrə hansı meyarların seçilməsinə dair heç bir aydınlıq gətirilimir.
Duma sədri sülh üzrə bəzi Nobel lauretlarının sonradan həmin mükafatın adına ləkə gətirən hərəkətlərinə diqqət çəkib. O buna örnək olaraq 2019-cu ildə Nobel mükafatı alan Efiopiya baş naziri Abiya Əhməd Əlinin, sonrada öz ölkəsində vətəndaş müharibəsinə gəirib çıxaran hərəkətlərə yol verməsini göstərib.
“Dəqiq meyarlar olmayan yerdə, həmişə suallar yaranacaq. Bu xüsusilə siyasi xarakter daşıyan qərarlara aiddir”,-deyə spiker yazıb.
Xatırladaq ki, bu il Nobel sülh mükafatı filippin jurnalisti Marya Ressa və Rusiyanın Putin rejiminə qatı müxalif orqanlarından biri sayılan “Novaya qazeta”qəzetinin baş redaktoru Dmitri Muratova təqdim olunub. Muratov bu sahədə akademik Andrey Saxarov və SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovdan sonra mükafat alan üçüncü rusiyalı sayılır./musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar