Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı nazir iki aylıq həbs edildi

Tarix: 07-03-2017 10:44     Baxış: 3370 A- / A+
Azərbaycanlı nazir iki aylıq həbs edildi


Vəzifəsindən kənarlaşdırılan Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov barəsində həbs-qətimkan tədbiri seçilib.

Virtualaz.org-un “Kommersant” nəşrinə istinadən məlumatına görə, Kiyevin Solomensk rayon məhkəməsi Roman Nəsirovun iki ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

“Roma Nəsirova dair 60 gün həbs cəzası tətbiq edilsin. Həbs müddətinin bitmə tarixi - 30 aprel. Girov 100 milyon qriven”, - hakim Aleksandr Bobrovnikin sözlərini “Ukrainskaya pravda” sitat gətirib.

Qeyd edək ki, Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq azərbaycanlı rəhbəri Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.

O, ölkədən qaçmış Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Bir müddət əvvəl A. Onişenko barəsində “Külli miqdarda dövlət əmlakının talanması” maddəsi üzrə cinayət işi başlanılıb. İstintaqın materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək “Ukrqazdobıça” şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə ölkə daxilində hasil olunan qazı aşağı qiymətlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Nəticədə dövlətə 120,5 mln. dollar ziyan dəyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar