Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

İranın PUA bazasına HÜCUM: dəstəklədiyi qüvvələr MƏHV EDİLDİ

Tarix: 14-10-2021 09:34     Baxış: 3254 A- / A+
İranın PUA bazasına HÜCUM: dəstəklədiyi qüvvələr MƏHV EDİLDİ

İsrail Hərbi Hava Qüvvələri çərşənbə günü Palmiranın cənub-şərqində (Dəməşqdən 240 kilometr aralı) T-4 hərbi aerodromuna raket zərbələri endirib.

Manevr.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin "Al Hadath" telekanalı məlumat yayıb.
Bildirilib ki, İranın pilotsuz uçuş aparatlarının bazasına hücum edilib.
Qeyd edilib ki, Suriya qoşunlarının tərəfində vuruşan şiə dəstələrinin əsgərləri itki verib. Dörd nəfər ölüb, yaralıların olduğu deyilir. Lakin onların sayı barədə məlumat verilmir.
Bir müddət əvvəl Suriya ordusundakı bir mənbə SANA xəbər agentliyinə İsrail təyyarələrinin Palmiranın cənub kənarındakı Əl Tanf sərhəd bölgəsindən hücum etdiyini bildirmişdi. Onun sözlərinə görə, hücumu dəf edərkən bir Suriya əsgəri şəhid olub, daha üçü yaralanıb.
Agentliyin məlumatına görə, hava zərbəsi zamanı yerdəki obyektlərə maddi ziyan vurulub, xüsusən də relay qülləsi zədələnib.
Xatırladaq ki, oktyabrın 8-də İsrail Hərbi Hava Qüvvələrinin T-4 aerodromuna hücumunu dəf edərkən 6 Suriya əsgəri və 12 Şiə milisi yaralanıb./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar