Hindistanın cənubundakı Kerala bölgəsində yaşayan kişi həyat yoldaşını öldürmək üçün 11 min türk lirəsinə (2069 manat) verərək kobra kirayəyə götürüb.
Manevr.az lent.az-a istinadən məlumat verir ki, 27 yaşlı Sooraj həyat yoldaşı 25 yaşlı Otranın yatağına zəhərli kobra atıb. Qadın ilanın onu dişləməsi nəticəsində ölüb.
Məlum olub ki, kişi daha əvvəl Russellin gürzəsi kimi tanınan ilanla arvadını öldürməyə çalışsa da, qadın qaça bilib. Sonra yenidən buna cəhd edən Sooraj, başqa bir satıcıdan 1300 dollara zəhərli bir hind kobrası kirayəyə götürüb və Internetdə ilan sancması ilə bağlı geniş araşdırmalar aparıb. Gecə yarısına qədər həyat yoldaşının yanında qalan kişi, səhər işə getmək üçün evdən çıxıb. Qadının cansız bədənini ailəsi kobra ilə yataqda tapıb.
Məhkəmədə günahkar bilinən Sooraj, nadir bir üsuldan istifadə etdiyi üçün edama məhkum edilib. Öldürülən qadının ailəsi, kürəkəninin az maaş aldığını və qızını öldürüb mülkünü ələ keçirdikdən sonra başqa bir qadınla evlənməyi planlaşdırdığını iddia edib.
15 ildir bölgədə ilan sancmasının müşahidə edilmədiyini deyən ədliyyə orqanları, arvadını öldürən kişinin ən kiçik peşmanlıq göstərmədiyini və ən yüksək cəzaya məhkum edilməli olduğunu bildiriblər.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar