Xəbər lenti
Saakaşvili zəng etmək hüququndan məhrum edilib
Mixail Saakaşvilinin vəkili Dmitri Sadzaqlişvili müvəkkili ilə görüşdən sonra bildirib ki, həbsdə olan keçmiş prezident telefon danışığı etmək hüququndan məhrum edilib.
Manevr.az xəbər verir ki, "Sputnik"in verdiyi məlumata görə, bu gün vəkillər Saakaşvilinin bir gün əvvəl prokurorluq tərəfindən zəng etmək hüququnun məhdudlaşdırılması ilə bağlı qərarı ilə tanış olublar."Əslində, Mixail Saakaşvilinin zəng etməsini qadağan edən sənəddə heç nə yazılmayıb. Sadəcə mücərrəd bir ifadə istifadə olunur ki, Mixail Saakaşvili cinayət işlərində şahidlərə təzyiq göstərə bilər, bu tamamilə absurddur. Əslində hakimiyyət Mixail Saakaşvilinin tam təcrid olmasını istəyir", - deyə Sadzaqlişvili jurnalistlərə bildirib.
Siyasətçinin başqa bir vəkili Bek Basilai də prokurorluğun qərarını absurd adlandırır.
"Bu adamla bağlı səkkiz ildir ki, məhkəmə çəkişməsi var. O, azadlıqda idi, Ukraynada yüksək vəzifələrdə çalışırdı, kiməsə zəng etmək istəsəydi bunu istintaq vaxtı edərdi. Kimsə deyə bilərmi Mixail bu məsələ ilə bağlı kiməsə zəng edib? Bu ittiham tamamilə absurddur", - Basilaya dedi.
Vəkillər Saakaşvilinin hərəkət etməsində də çətinliklər yarandığını bildiriblər.
Qeyd edək ki, Mixail Saakaşvili oktyabrın 1 -də, aclıq aksiyasına başladığı gün saxlanılıb./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar