Xəbər lenti
“Putinə deyəcəm ki, İrana hücum edə bilərik...”

İsrail İranın Suriyadakı hərbi iştirakından narahatdır və bunun qarşısını almaq üçün hücum edə bilər.
Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahu Moskvaya səfəri ərəfəsində belə bəyanatla çıxış edib. Netanyahu martın 9-da Moskvaya birgünlük səfər edəcək. Kreml bildirir ki, tərəflər beynəlxalq terrorçuluğa qarşı birgə əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Bazar günü hökumətin iclasında çıxış edən Netanyahu deyib ki, Moskvada İranın Suriyada artan hərbi iştirakını müzakirə edəcək. “Mən cümə axşamı Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşəcəyəm. Bizim müzakirə edəcəyimiz ən mühüm məsələlərdən biri İranın Suriya ilə əldə etməyə çalışdığı hərbi anlaşmadır. Bu anlaşma ilə, istərsə də onsuz, İran Suriyada özünün daimi hərbi iştirakını təmin etmək istəyir, həm yerdə, həm dənizdə”-Netanyahu deyib.
Netanyahu bildirib ki, İran Suriyada hərbi iştirakını möhkəmləndirməklə Qolan təpələrind İsrailə qarşı cəbhə açmağa çalışır.
Baş nazir deyib ki, o, Putinə çatdıracaq: “İsrail bu planın reallaşmasına qəti şəkildə qarşıdır və ola bilsin hücum etməyə üstünlük verəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar