Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda etiraz aksiyaları başlayır: Saakaşvili bu tarixdə azadlığa buraxıla bilər

Tarix: 11-10-2021 12:46     Baxış: 3228 A- / A+
Gürcüstanda etiraz aksiyaları başlayır: Saakaşvili bu tarixdə azadlığa buraxıla bilər
Gürcüstanda Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkatı oktyabrın 14-də Tiblisidə Azadlıq meydanında etiraz aksiyası keçirəcək.  Hərəkatın sədri Nika Meliya digər müxalifət partiyalarını etiraza dəvət edib.  
Manevr.az-ın məlumatına görə, bununla bağlı sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə xatırladıb ki, Gürcüstanda keçirilən seçkilərdə Tbilisi daxil olmaqla, digər böyük şəhərlərdə hakim "Gürcü Arzusu" partiyası qələbə əldə edə bilmədi:
"Bu onu göstərir ki, iri şəhərlərdə regionlardan fərqli olaraq, kütləvi şəkildə saxtalaşdırmağa gedilməyib. İkinci tur seçkilərdə Vahid Milli Hərəkatın böyük şəhərlərdə qalib gəlmək şansı var. Lakin bir neçə gündən sonra keçiriləcək etiraz mitinqinə kütləvi şəkildə etirazçıların gəlməsi gözlənilmir”.
Müsahibimiz bildirib ki, mitinqin uğurlu olması və müxalifətin qalib gəlməsi üçün meydana yüz mindən artıq insan toplanmalıdır:
"Kütləvi şəkildə bu qədər insanın toplanması isə gözlənilmir. Buna baxmayaraq, ölkədə müxalifətin aktiv şəkildə fəaliyyəti hakimiyyətə problem yaradacaq. Seçkilər bitdikdən sonra Saakaşvili azadlığa buraxıla bilər. Eyni zamanda müxalif Vahid Milli Hərəkat partiyasının Saakaşvilinin başçılığı ilə daha geniş şəkildə toparlanma ehtimalı var. Qərb Gürcüstanda hakimiyyətin seçki yolu ilə, yumşaq formada dəyişməsinə maraqlıdır. Ümumiyyətlə, hakim "Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvilinin kölgəsində olan hakimiyyət qüruba gedir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar