Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Saakaşvili beynəlxalq ictimaiyyətə müraciət etdi

Tarix: 09-10-2021 11:26     Baxış: 3262 A- / A+
Saakaşvili beynəlxalq ictimaiyyətə müraciət etdi
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili beynəlxalq ictimaiyyətə müraciət edib.
O, məhkəməsiz həbsə salındığını bildirib.
Siyasətçi qeyd edib ki, artıq 9-cu gündür həbsxanadadır və işi ilə bağlı heç bir məhkəmə dinləməsi keçirilməyib: "Həbs dünyada heç kəsin qəbul etmədiyi iki məhkəmə qərarı əsasında həyata keçirilib. Gürcüstan qanunvericiliyinə əsasən, saxlanılan istənilən şəxs təxirə salınmadan məhkəmə qarşısına çıxarılmalıdır. İşim üzrə hakim vəkilimə bu gün deyib ki, yaxın həftələrdə dinləmələrin olacağı gözlənilmir”.
Sabiq dövlət başçısının sözlərinə görə, bu, Gürcüstanda planlaşdırılmış yerli seçkilərin ikinci turunda onun ictimaiyyət qarşısına çıxmasının qarşısını almaq cəhdidir. O vurğulayıb ki, demək olar hər bir iri şəhərdə partiyası İvanişvilinin partiyası ilə eyni səs əldə edib.
M.Saakaşvili beynəlxalq ictimaiyyəti məhkəməsiz həbsə atılması məsələsinə göz yummamağa çağırıb.
Qeyd edək ki, keçmiş prezident oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar