Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Putinin generalı Suriyada gözünü və ayağını itirdi...

Tarix: 06-03-2017 12:29     Baxış: 5334 A- / A+
Putinin generalı Suriyada gözünü və ayağını itirdi...


Rusiya ordusunun generalının bu günlərdə Suriyada hansı şəraitdə yaralandığı məlum olub.

Virtualaz.org xəbər verir ki, Rusiya ordusunun Qərb hərbi dairəsinin qərargahının döyüş hazırlığı idarəsinin rəisi, general-mayor Pyotr Milyuxnin Suriyada ağır yaralandığı barədə xəbər mətbuata hələ martın 3-də sızıb. Bildirilirdi ki, general Palmira şəhərinin Rusiya aviasiyasının və hərbi instruktorlarının köməyi ilə yenidən İŞİD-in əlindən geri alınması zamanı yaralanıb. Xüsusi reyslə Moskvadakı Burdenko hərbi hospitalına çatdırılıb. Hospitaldan məlumatı təsdiq ediblər, lakin əlavə məlumat verməyiblər. Ancaq bildirilirdi ki, general minaya düşüb və hər iki ayağını, habelə gözünü itirib.

Bu gün martın 6-da “Kommersant” qəzeti Müdafiə Nazirliyinə yaxın mənbələrə istinadən yazıb ki, general Homs şəhərinə gedən avtomobil karvanına hücum zamanı yaralanıb. Məlumata görə insident fevralın 16-da yaralanıb. Həmin vaxt general artıq iki aydır ki, Suriyaya ezam olunmuşdu. Bildirilir ki, general Milyuxin həmin gün beş hərbçinin müşaiyəti ilə “Tiqr” zirehli avtomobilində avtokalonla Homsun Tiyas hərbi aerodromu istiqamətində gedirmiş. O, Bəşər Əsəd ordusunun Tiyas aerodroumunda yerləşən hərbi birləşməsinin döyüş hazırlığını qiymətləndirməli və bu barədə Rusiya silahlı qüvvələrinin Baş qərargahına məruzə etməliydi.

Lakin Tiyas aerodromuna 4 km qalmış generalın avtomobili yolda quraşdırılmış və radiosiqnallarla idarə olunan bomba ilə partladılıb. Ardınca kalona yaxın məsafədən atəş açılıb. Nəticədə “Tiqr” zirehli avtomobilində olan 6 Rusiya hərbçisindən 4-ü həlak olub. Müdafiə Nazirliyi ölən hərbçilərin adlarını açıqlamır. Ancaq onlardan ikisinin adı məlumdur-serjant Vadim Maqamurov və dəniz piyadası Pavel Kozaçenko. Onların fevralın 19-da Yekatrinburqda və Penzada dəfn olunublar.

General Milyuxin isə partlayış zamanı hər iki ayağını itirib, qəlpələrdən biri onun gözünü çıxarıb. Generalı təcili Xmeymin aviabazasına evakuasiya ediblər, orada tibb işçiləri bir həftə ərzində generalın həyatı uğrunda mübarizə aparıblar. Daha sonra təyyarə ilə Moskvaya yola salıblar. Hazırda generalın həyatı üçün təhlükə sovuşub. O, Rusiyanın Suriya hərbi kampaniyası zamanı yaralanan ən yüksək rütbəli hərbçidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar