Xəbər lenti
Paşinyan Ərdoğanla sazişə hazırlaşır: 3 bənd var

Ermənistanın qara günləri hələ qarşıdadır. Cəmiyyət vətəndaş müharibəsinin bir addımlığındadır. Hər keçən gün Ermənistanda siyasi bombanın partlayacağı ana yaxınlaşırıq.
Manevr.az xəbər verir ki, bu fikirlərlə Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan çıxış edib.
Onun sözlərinə əsasən, yaxın vaxtlarda onun partiyası böyük yürüş təşkil edəcək:
“Minlərlə insan İrəvan küçələrinə çıxacaq. Və əsl siyasi bomba effekti yaradacaq. Bu dalğa qarşısına keçəni məhv edəcək. Bizdə olan dəqiq məlumata əsasən, Ərdoğan ilə Paşinyan arasında gizli razılaşma əldə olunub. Razılaşmanın 3 bənddən ibarət olduğu bildirilir:
1. İrəvan “erməni soyqırımı” fikrindən çəkinəcək
2. Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq
3. Zəngəzur dəhlizi açıqlacaq.
Əgər yaxın günlərdə Ermənistan hökuməti bunu rəsmi olaraq bəyan etsə, Ermənistan cəmiyyyəti Paşinyanı güc yolu ilə devirməyə qalxacaq. Bu alınacaq, yoxsa yox? Bu, çox qəliz sualdır, çünki hazırda Ermənistan cəmiyyəti didərgin haldadır. Bu insanlar biabırçı məğlubiyyətin baş rolunda gedən Paşinyanı yenidən seçkilərdə qalib edən şəxslərdir. Bunlarla uzağa getmək olacaqmı?”/axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar