Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Baş katib vəzifəsinə azərbaycanlı namizəd irəli sürüldü

Tarix: 30-09-2021 22:33     Baxış: 4162 A- / A+
Baş katib vəzifəsinə azərbaycanlı namizəd irəli sürüldü

Rusiya Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi vəzifəsinə Azərbaycan əsilli Rəşid İsmayılovun namizədliyini irəli sürüb.

Manevr.az xəbər verir ki, bu, Moskvada keçirilən beynəlxalq informasiya təhlükəsizliyi üzrə MDB nazirlərinin görüşündə qərara alınıb.

Tədbirdə Azərbaycan (müşahidəçi qismində), Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələri iştirak ediblər.

Məsləhətləşmələr zamanı MDB üzvü olan ölkələr arasında qlobal və regional platformalarda beynəlxalq informasiya təhlükəsizliyinin təminatı sahəsində əməkdaşlıq məsələlərinə diqqət yetirilib.

Tərəflər 2021-2025-ci illərdə İKT-nin istifadəsində təhlükəsizlik üzrə yeni BMT Açıq İşçi Qrupunun (OEWG) işə başlamasının əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, Rəşid İsmayılov 1965-ci ildə Bakıda anadan olub. İki ali təhsili var. Müxtəlif illər ərzində informasiya texnologiyaları və konsaltinq təşkilatlarında mühüm vəzifələr tutub.

2014-2018-ci illərdə Rusiya rabitə və kütləvi informasiya vasitələri nazirinin müavini olub. 2018-2019-cu illərdə "Nokia" şirkətinin Rusiya üzrə baş direktoru olub./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar