Xəbər lenti
Tanınmış stilist homoseksual olduğu üçün tutuldu

Türkmənistan polisi Türkmənabat şəhərində mavilərin nümayəndələrini tutmaq üçün reydlər keçirib, 30-a yaxın kişi müvafiq ittihamla təcridxanaya göndərilib.
Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, əvvəlcə əksəriyyəti yerli yanğınsöndürmə idarəsində işləyən təxminən 20 maviyə basqın edilib. Güc strukturlarının iddiasına görə, şübhəlilər gizli şəkildə qrup seks seansları təşkil ediblər.
Bundan əlavə, ölkədə şou-biznes nümayəndələri ilə işləyən tanınmış bir stilist də təcridxanaya düşüb. Onun adı etik səbəblərdən çəkilmir.
"Orada amansızcasına döyülürlər ki, özləri hər şeyi etiraf etsinlər və başqalarının adlarını çəksinlər”, - mənbə vurğulayıb.
O, daha bir neçə homoseksualın təkadamlıq kamerada saxlanıldığını, onlara da işgəncə verildiyini qeyd edib. Ümumilikdə 30-a yaxın adamın həbsdə olduğunu deyib.
Türkmənistan homoseksuallığın cinayət olduğu iki keçmiş SSRİ respublikasından biri olaraq qalır. Eyni cinsdən olan bir tərəfdaşla cinsi əlaqədə olmaq üstündə iki ilə qədər həbs cəzasına məhkum oluna bilərsiniz Bənzər maddə Özbəkistanda da var, lakin çox nadir hallarda istifadə olunur.sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar