Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Dünyada ayaqqabı qıtlığı olacaq - Məşhur şirkətdən xəbərdarlıq

Tarix: 28-09-2021 11:17     Baxış: 3195 A- / A+
Dünyada ayaqqabı qıtlığı olacaq - Məşhur şirkətdən xəbərdarlıq


Amerikalı idman geyimləri istehsalçısı "Nike" logistika sahəsində qlobal problemlər səbəbindən məhsullarının mümkün çatışmazlığı barədə xəbərdarlıq edib.


Manevr.az trend-ə istinadən bildirir ki, şirkət idman ayaqqabılarının istehsalında və çatdırılmasında yaranan fasilələrin 2022-ci ilin yazına qədər davam edə biləcəyini açıqlayıb. Təchizat zəncirinin kəsilməsi və Asiyada işçi çatışmazlığı buna səbəb kimi göstərilir. Amerikalı istehsalçısı artıq gələn il üçün öz satış proqnozunu azaldıb.

Şirkətin məhsullarının dörddə üçü istehsal edilən Vyetnam və İndoneziyadakı fabrikləri yerli hökumətin koronavirusla bağlı məhdudiyyətlərindən təsirlənib. Bundan əlavə, Asiyadan Şimali Amerikaya məhsul göndərmə vaxtı iki dəfə artaraq 40 gündən 80 günə çatıb.

ABŞ-da bu hal artıq uşaq oyuncaqları, taxta, yeni geyim və ev heyvanları üçün qida çatışmazlığına və nəticədə daha yüksək qiymətlərə gətirib. Oyuncaq istehsalçısı "Hasbro" və idman geyimi nəhəngi "Adidas" kimi digər böyük markalar da tətil mövsümündə potensial təchizat problemləri barədə bildirib. Həmçinin, İngiltərə də yüksək qaz qiymətləri səbəbindən müəyyən məhsulların, yanacaçın çatışmazlığı yaşanır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar