Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Taliban"dan qorxunc açıqlama: Edamlar və "bədən cəzası" davam edəcək

Tarix: 26-09-2021 16:32     Baxış: 4172 A- / A+
"Taliban"dan qorxunc açıqlama: Edamlar və "bədən cəzası" davam edəcək

"Taliban"ın həbsxanalar üzrə rəsmi nümayəndəsi Molla Nurəddin Turabi edam və "bədən cəzası"nın (əl, barmaq və digər bədən orqanlarının kəsilməsi) davam etdiriləcəyini bildirib.


AFP xəbər verir ki, Molla Nurəddin Turabi bunun ölkədə "təhlükəsizliyi qorumaq" baxımından önəmli olduğunu bildirib. O, həmçinin qeyd edib ki, bu kimi cəzalar xalqa açıq yerlərdə həyata keçirilməyəcək.

1990-cı illərdə "Taliban" bu cəzaları digərlərinə dərs olsun deyə xalqın gözünün qarşısında icra edirdi.

Turabi sərt cəzaların davam edəcəyini, amma televiziya və mobil telefona icazə veriləcəyini qeyd edib.

15 avqustda hakimiyyəti ələ alan taliblər əvvəlki dönəmdən daha mülayim siyasət vədi edirdi. Amma Turabinin son açıqlaması əslində vəziyyətin dəyişməyəcəyini və "Taliban"ın əvvəlki hakimiyyəti dönəmindəki siyasətini davam etdirəcəyini göstərir.

"Human Rights Watch" təşkilatının məlumatına görə, cümə axşamı "Taliban" Herat şəhərində qadınlarla bağlı sərt qaydalar tətbiq etməyə başlayıb. Məlumata görə, qadınların evlərindən çıxması yasaqlanıb və niqab tələbi qoyulub.

"Amnesty International"ın məlumatına görə, avqust ayı ərzində şiə olan etnik qrupun 9 üzvü "Taliban" tərəfindən edam edilib.

Kabilin ələ keçirilməsindən bir neçə gün sonra BBC-yə danışan "Taliban" üzvü hakim Hacı Badruddin şəriət qaydalarının tam olaraq tətiq olunmasının tərəfdarı olduğunu bildirmişdi: "Şəriət qaydaları açıqdır: Evlənmədən cinsi əlaqəyə girən qadın və kişinin cəzası xalqın gözü qarşısında 100 qırmanc cəzasıdır. Amma bu günahı edən şəxs evlidirsə, daş-qalaq edilərək öldürülməlidir. Bir insan oğurluq edibsə, əlləri kəsilməlidir". fanat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar