Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

""Dron" sözünü eşidəndə fiziki ağrı hiss edirik" - Tonoyan

Tarix: 22-09-2021 19:44     Baxış: 4167 A- / A+
""Dron" sözünü eşidəndə fiziki ağrı hiss edirik" - Tonoyan

Ermənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə keçirilən tədbirlərin sonunda səmada şou göstərən PUA-lar, konsertə toplaşan insanların bəziləri tərəfindən birmənalı qarşılanmayıb.

Manevr.az xəbər verir ki, Qarabağda gedən döyüşlər zamanı həlak olan İrəvan sakini Menua Hovhannisyanın anası Karina Tonoyan bildirib ki, dronlarla tamaşa onlara qarşı təhqirdir:

"Xoşbəxt olunası bir şey yox idi, hətta Nikolun həyat yoldaşı Anna Akopyan da ağlayırdı. Nəyi yaxşı idi? İnsanların həyatını xilas etmək üçün döyüş meydanında olmalı olan dronlar, dünən şouya görə göylərdə uçdu. O dronlara baxan adamın, bir az düşüncəsi olsaydı, bunun bizə qarşı təhqir olduğunu anlayardı.

Axı niyə övladlarımızın müharibədə həyatını itirməsinə səbəb olan PUA-ları onlar Müstəqillik Günümüzün qəhrəmanları olaraq göstərdilər? Əgər fərqindəsinizsə, həmin dronlar mərkəzdə uçurdu və onların rəngarəng şousuna çox adam baxırdı".

O, həmçinin onu da bildirib ki, erməni xalqı PUA adı gələndə fiziki ağrı hiss edir:

"İnsanlar bunun müharibə istehzası olduğunu belə anlamadılar, çünki "dron" sözünü eşidəndə xalq olaraq sadəcə fiziki ağrı hiss edirik. Bütün bir millət savaş boyu PUA-ların qurbanı olub, amma dövlət rəsmiləri göydə pilotsuz təyyarələrlə rəngli şoular göstərir".

Nikol istədiyi qədər mərhəmət, sülh dilənə bilər, amma region indi qaynar vulkan kimidir. Əgər müharibə olsa, dünən konsertdə dron şousuna görə hay-həşir salan insanlar, uşaqlarını xilas etmək üçün həmin PUA-lara ehtiyac duyacaq. İnsanın bir az beyni olmalıdır zənnimcə. Sadəcə təəccüblənirəm, bu insanların beyinləri ümumiyyətlə söndürülüb yoxsa yoxdur?"./unikal.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar