Sizin Reklam Burada
Xəbər lenti
24-01-2025
23-01-2025
BÜTÜN XƏBƏRLƏR

Yaponiyada yaşlı əhalinin sayı yeni rekord həddə çatdı

Tarix: 20-09-2021 09:41     Baxış: 4141 A- / A+
Yaponiyada yaşlı əhalinin sayı yeni rekord həddə çatdı

Cari ildə Yaponiyada yaşı 65-dən yuxarı olan sakinlərin sayı yeni rekord həddə çatıb.

Bu barədə sentyabrın 20-də Yaponiyada qeyd edilən Ahıllar Günü ərəfəsində Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilir. Bildirilir ki, sentyabrın 15-ə olan son məlumata görə, ölkədə yaşlı əhalinin sayı 36,4 milyon nəfər təşkil edib və bu, ötən ilin həmin göstəricisindən 220 min nəfər çoxdur.

Məlumata əsasən, yaşlı əhali ilə sakinlərin ümumi sayı arasındakı fərq 29,1 faiz təşkil edir ki, bu da əvvəlki illə müqayisədə 0,3 faiz çoxdur. Əhalinin ümumi sayı isə ötən illə müqayisədə 510 min nəfər azalıb.

BMT-nin məlumatına görə, bu, bütün dünya üzrə müvafiq rəqəmin ən böyüyüdür və həmin göstərici üzrə ikinci yeri tutan İtaliyadan (23,6 faiz) təqribən 5 faiz çoxdur.

Əlavə olaraq qeyd edilir ki, Yaponiyada yaşlı əhalinin 15,83 milyonunu kişilər, 20,57 milyonunu isə qadınlar təşkil edir.

Nazirlik, həmçinin bildirir ki, ölkə üzrə işçilər arasında yaşlı insanların sayı da 17 il ərzində fasiləsiz olaraq artmaqda davam edib və hazırda 9,06 milyon nəfərə çatıb. Bu göstərici ümumi işçi qüvvəsinin 25,1 faizini təşkil edir və ötən ilki ilə müqayisədə rekord həddə çatıb.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar