Xəbər lenti
Nyu-York polisi Rusiya seçki məntəqəsini qorumadı - Baş konsul:

“Nyu-York polisi Dövlət Dumasına keçirilən seçkilərlə bağlı seçki məntəqəsinin yerləşdiyi Rusiya baş konsulluğunun təhlükəsizliyini təmin etmək üçün əməkdaşlarını göndərmədi”.
Manevr.az apa-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Nyu-Yorkdakı baş konsulu Sergey Ovsyannikov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təxminən 540 adam səs verib: “Seçki fəallığı aşağı oldu. İki mindən bir qədər az vətəndaş gözləyirdik”.
Diplomat bildirib ki, kənardan səsverməyə müdaxilə cəhdləri olmayıb.
O, əlavə dib ki, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları gün boyu seçki məntəqəsinin ətrafında təhlükəsizliyi təmin etmək üçün gəlməyib: “Xoşbəxtlikdən heç bir hadisə olmadı. Əvvəlcədən aidiyyəti orqana bununla bağlı sorğu göndərilmişdi, lakin polis postu təşkil edilmədi”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar