Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Partiya sədrindən ilginc İDDİA: "Vaksinlər 3 qulaqlı, 5 gözlü məxluqların doğulmasına səbəb olacaq"

Tarix: 18-09-2021 14:43     Baxış: 4154 A- / A+
Partiya sədrindən ilginc İDDİA: "Vaksinlər 3 qulaqlı, 5 gözlü məxluqların doğulmasına səbəb olacaq"

Peyvənd əleyhinə açıqlamaları ilə tez-tez gündəmə gələn Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakanın yeni açıqlaması müzakirə obyekti olub.

Manevr.az bildirir ki, partiya rəhbəri bu dəfə vaksinlərin əks təsirindən söz açaraq qeyri-adi iddialar irəli sürüb. Belə ki, Ərbakan mRNA texnologiyasına əsaslanan peyvəndləri vurduranların yarı insan, yarı meymun uşaqlar dünyaya gətirə biləcəyini deyib: "Bu vaksinlər 3 qulaqlı, 5 gözlü məxluqların doğulmasına səbəb ola bilər”.

Vaksin vurdurmadığını və vurdurmaq fikri olmadığını deyən F.Erbakan Kayseridəki mətbuat konfransında yerli peyvənddən də söz açıb. O, son çarə olaraq TURKOVAC-a üstünlük verə biləcəyini qeyd edib.

"Əslində vaksin vurdurmağa ehtiyac olmadığını düşünürəm. Mənə görə, ümumiyyətlə, peyvənd vurdurmamaq yaxşıdır və bu, mənim şəxsi seçimimdir. Amma məcbur qalsam, təbii ki, dövlətin qaydalarına qarşı gələ bilmərəm. Ona görə də vaksinlər arasında TURKOVAC-ın daha uyğun olduğunu fikirləşirəm”, - deyə siyasətçi əlavə edib./sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar