Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Müxalifət Paşinyana qarşı yenidən küçə aksiyalarına başlayır

Tarix: 17-09-2021 17:25     Baxış: 4110 A- / A+
Müxalifət Paşinyana qarşı yenidən küçə aksiyalarına başlayır

Erməni müxalifəti mayda keçirilən parlament seçkilərindən sonra sükunəti pozaraq Baş nazir Nikol Paşinyana qarşı yenidən küçə aksiyalarına başlamaq qərarına gəlib.

Manevr.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə parlamentdəki “Ermənistan” blokunun üzvü, vitse-spiker İşxan Saqatelyan bildirib.

O deyib ki, ölkə taleyüklü bir dövr keçir, dövlətçiliyimiz real təhlükə altındadır: “Küçə aksiyalarının yenidən başlamasına razılıq verərək müzakirələr apardıq və gələcək hərəkətlərimizi planlaşdırdıq”.

“Ermənistan” blokundan olan deputat Qeqam Nazaryan isə 44 günlük müharibə zamanı ölən erməni əsgərlərinin valideynləri və qohumlarına müraciət edərək onları bu gün saat 17:00-da İrəvandakı Respublika meydanına çağırıb.

Oğlu Qarabağda öldürülən deputat bildirib ki, onlar bu yolla Ermənistanda 21 sentyabrda planlaşdırılan rəngarəng konsertin ləğv edilməsinə nail ola bilərlər.

“Biz tələbimizi təkrar edirik və bu gün saat 17:00-dan etibarən İrəvandakı Respublika meydanında, tikilməkdə olan səhnənin qarşısına toplaşırıq ki, tələbimiz daha aydın görünsün və başa düşülsün”, - erməni deputat vurğulayıb./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar