Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ozon dəliyinin ölçüsü qorxulu həddə böyüyüb

Tarix: 17-09-2021 08:56     Baxış: 3130 A- / A+
Ozon dəliyinin ölçüsü qorxulu həddə böyüyüb

Cənub qütbü üzərindəki ozon dəliyi son bir həftə ərzində kəskin böyüməyə başlayıb və belə davam edərsə, dəliyin ölçüsü müşahidələr tarixinin ən böyüyü ola bilər.

Bu barədə “Copernicus” atmosfer monitorinq xidmətinin mütəxəssisləri məlumat veriblər.

Onların sözlərinə görə, dəliyin ölçüsü Antarktidanın ölçüsünü aşıb.

Antarktidanın üzərindəki ozon təbəqəsi hər il avqust ayından oktyabr ayına qədər nazikləşir, dəlik sentyabrın ortalarından oktyabrın ortalarına qədər maksimum ölçüsünə çatır. Bu il dəliyin ölçüsü əvvəlki illərlə müqayisədə 75 faizdən çox olub. Bunun səbəbləri bilinmir.

2020-ci ilin oktyabrın əvvəlində, ozon dəliyi 24 milyon kvadrat km metrə qədər genişlənmişdi (demək olar ki, bütün əvvəlki illərdən daha çox). Dəliyin 2021-ci ildə eyni ölçüdə qalacağı düşünülürdü, lakin artıq həmin rəqəmləri ötüb və böyüməyə davam edir.

Qeyd edək ki, ozon təbəqəsi planetimizi ultrabənövşəyi şüalardan qoruyur. Xloroflorokarbon kimi sintetik birləşmələrin istifadəsi son əsrdə ozon dəliyinin yaranması ilə nəticələnib. Bu birləşmələrin qadağan edilməsindən sonra ozon təbəqəsi tədricən bərpa olunur, lakin bu çox yavaş baş verir.ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar