Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bayden görüşdə Avstraliya baş nazirinin adını unutdu

Tarix: 16-09-2021 09:58     Baxış: 4166 A- / A+
Bayden görüşdə Avstraliya baş nazirinin adını unutdu


ABŞ Prezidenti Co Bayden yenidən yüksək vəzifəli şəxsin adını unudub.

“The Australian” xəbər verir ki, hadisə Britaniyanın Baş naziri Boris Consonun da iştirak etdiyi AUUKUS alyansının (ABŞ, Böyük Britaniya və Avstraliyanın hərbi sahədə tərəfdaşlığı) yaradılmasının rəsmən elan edilməsinə həsr olunmuş tədbirdə baş verib.

Nəşrin məlumatına görə, ABŞ lideri görüş zamanı Avstraliyanın baş naziri Skott Morrisonun adını unudub.

Bayden “təşəkkür edirəm, Boris. Və buradakı şəxsə də təşəkkür etmək istəyirəm. Çox sağol dostum”, deyərək Morrisonun onlayn görüşə qoşulduğu manitora tərəf baxaraq fikrini tamamlayıb.

Qeyd edək ki, görüşün nəticəsi olaraq ABŞ, Britaniya və Avstraliya liderləri tərəfindən Hind-Sakit okean bölgəsinə yönəlmiş yeni bir müdafiə və təhlükəsizlik ortaqlığı qurulub.

Xatırladaq ki, Bayden daha əvvəl Pentaqon rəhbəri Lloyd Austinin adını unudaraq onu "oradakı bu bölməni idarə edən adam" adlandırmışdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar