Xəbər lenti
ABŞ kəşfiyyatının korona sirri: 2019-cu ilin oktyabrında...
ABŞ-da yaşayan çinli dissident, hüquq müdafiəçisi VeyTzinşen koronavirusun rəsmi şəkildə etiraf olunmasından hələ bir ay öncə COVİD-19-un yayıldığı barədə ABŞ xüsusi xidmət orqanlarına xəbər verdiyini söyləyib.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, Vey Tzinşen bununla bağlı hətta “Uhanda həqiqətən nə baş verib” (What Really Happened in Wuhan) adlı kitab da yazıb.
Dissident müəmmalı virus barədə Uhanda 2019-cu ilin oktyabr ayında keçirilən Ümumdünya hərbi oyunlar zamanı xəbər tutduğunu və bu barədə dərhal amerikalı siyasətçi, həmin vaxt prezident Donald Trampla da yaxın olduğu bilinən, hüquq müdafiəçisi Dimon Lü və onun əri, Mərkəzi Kəşfiyyat İdarəsinin agenti Robert Sütinngerə məlumat ötürdüyünü iddia edib.
“Lakin görünür onlar hansısa bir ölkənin belə bir miqyasda təhlükəni gizlədə bilməyəcəyini düşündükləri üçün mənim dediklərimə məhəl qoymadılar”,-deyə Tzinşen yazıb.
Bununla bağlı Dimon Lü açıqlama vermək məcburiyyətində qalıb. Onun sözlərinə görə, Tzinşenin verdiyi məlumat əsasında Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Mett Pettincerə ötürmək üçün yazılı məruzə hazırlayıb. “Lakin mən məktubu ona yollamadım, çünki hadisənin özü mənə adi vaqiə kimi gəldi. Həmin vaxt biz koronavirusun atipik pnevmoniyadan təhlükəli olmadığını düşünürdük”,-deyə xanım Lü günahını boynuna alıb.
ABŞ Dövlət departamentinin digər keçmiş əməkdaşı, Uhanda koronavirusun peyda olması ilə əlaqədar araşdırmalar aparan Devid Aşer də federal hökumətin 2019-cu ilin sonlarında insident haqqında daha mühüm informasiyalara malik olduğunu bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar