Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Terrorçu qruplar yaratmalıyıq - Ayvazyan

Tarix: 14-09-2021 17:09     Baxış: 4133 A- / A+
Terrorçu qruplar yaratmalıyıq - Ayvazyan

Ermənistanda terrorçu-diversiya qrupları yaradılmalıdır. Tarixə nəzər salsaq görərik ki, məhz terrora əl atmaq erməni xalqının son ümid yeri olub.

Manevr.az xəbər verir ki, bu bəyanatla “Monax” ləqəbli keçmiş erməni zabiti Artur Ayvazyan çıxış edib.

Ayvazyan erməni xalqına müraciət edərək, bu qrupların formalaşdırılmasında, təlimində köməklik etməyə çağırıb.

“Bizim başqa yolumuz qalmayıb: yalnız xırda terror aktları törədərək düşmənə zərbə endirmək. Bunun üçün bizim xüsusi təlim görmüş peşəkarlara ehtiyacımız olacaq. Biz sonradan PKK ilə də hər hansı bir yolla razılaşa bilərik. Onların bizə bu işdə çox köməyi dəyə bilər. Vəziyyət çox ciddidir. Biz hər gün bir addım geri çekilirik. Zəngəzuru ümumiyyətlə yaddan çıxarın artıq. Zəngəzur əlimizdən getdi. İndi İrəvanda hamı bir-birini ittiham etməklə məşğuldur. Amma bu çıxış yolu deyil. Bizim tək yolumuz - diversiya qrupları yaratmaqdır.

Amma bunu hüquqi müstəvidə etmək mümkün deyil. Biz bunu dövlətdən kənar yol ilə yaratmalıyıq. Məni bu dediklərimə görə qınayan çox olacaq, amma həmin adamlara bir sualım var: Başqa yolumuz varmı?” - deyə o qeyd edib.

Xatırladaq ki, terrorizm, təhlükəsizlik və xüsusi xidmət orqanlarının fəaliyyəti üzrə türk ekspert Həsən Məsud Öndər bu gün mediaya açıqlamasında Fransa kəşfiyyatının erməni təxribatçılarını öz təlim düşərgələrində hazırladığı haqda məlumat yayıb./axar.az

Manevr.az

Terrorçu qruplar yaratmalıyıq - Ayvazyan

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar