Xəbər lenti
11 sentyabrla bağlı gizli sənəd yayıldı

ABŞ Federal Təhqiqat Bürosu (FTB) ilk dəfə 11 sentyabr 2001 -ci il hadisələrinə dair sənədlərin bir hissəsini yayıb.
Manevr.az xəbər verir ki, sənəd FTB-nin saytında yerləşdirilib.
Qeyd edək ki, bu sənədlər ABŞ prezidenti Co Baydenin fərmanına əsasən məxfilikdən çıxarılıb.
Saytda yerləşdirilən sənəddə qeyd olunur ki, bu material 3 sentyabr 2021 -ci ildə imzalanmış sərəncama uyğun olaraq nəşr olunur. Dərc edilən sənəd 2016 -cı ilə aiddir və 16 səhifədən ibarətdir. Sənəd Səudiyyə Ərəbistanının Los -Ancelesdəki konsulluğunda işləyən bir şəxsin ifadəsinə əsaslanır. Həmin adam sonradan Amerika vətəndaşlığı almaq istəyib.
Mənbə şəxsin adını məxfilik naminə açıqlamır.
Hesabatda 11 sentyabr 2001 -ci ildə sərnişin təyyarələrinin qaçırılmasında iştirak edən terrorçulara əhəmiyyətli maddi -texniki dəstək verə biləcək şəxslərlə bu şəxsin təmaslarına aid məlumatlar var.
Sənəddə ifadə verən şəxsin Səudiyyə Ərəbistanının digər iki vətəndaşı ilə təmaslarından bəhs edilir. Onlardan biri də Səudiyyə Ərəbistanının Los Ancelesdəki konsulluğunda çalışıb. FTB hesab edir ki, digər şəxs Səudiyyə kəşfiyyatının agenti ola bilər./pravda.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar