Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

General HƏBS OLUNDU: əsgərləri bağında...

Tarix: 10-09-2021 17:33     Baxış: 4179 A- / A+
General HƏBS OLUNDU: əsgərləri bağında...

Rusiya Silahlı Qüvvələrinin mühəndislik qoşunlarının rəis müavini, general-mayor Ruslan Alahverdiyevin əsgərlərini bağ evlərində işləməyə cəlb etdiyi məlum olub.
Bu barədə Rusiyanın "Kommersant" qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

İstintaq sənədlərinə görə, 2019-cu ildən 2021-ci ilə qədər general-mayor Moskva və Moskva ətrafında dislokasiya olunmuş hərbi hissələrin komandirlərinə hərbi qulluqçuların onun və tanışlarının Moskva vilayətinin Krasnoqorsk rayonundakı bağ sahələrində müxtəlif işlərə göndərmələri üçün dəfələrlə qanunsuz göstərişlər verib.

General HƏBS OLUNDU: əsgərləri bağında...


Daha əvvəl məlum olub ki, generalın həbsi qanuni sayılıb. Bu barədə "Lenta.ru"ya məhkəmənin mətbuat katibi İrina Jirnova məlumat verib. Məhkəmə dinləmələrinin nəticələrinə əsasən, sentyabrın 28-dək həbs qətimkan tədbiri seçilməsinin qanuni olduğu qəbul edilərək zabitin azad edilməsindən imtina edilib.

Alahverdiyev avqustun ortalarında saxlanılıb və təyin olunan şərtləri pozaraq korrupsiya işində təqsirləndirilən şəxslərə təzyiq göstərməyə başladıqdan sonra istintaq təcridxanasına göndərilib. Ruslan Alahverdiyevə Rusiya Federasiyası Cinayət Məcəlləsinin külli miqdarda rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi açılıb.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar