Xəbər lenti
Nikol Paşinyan elan etdi: "Türkiyə ilə danışıqlara hazırıq"

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı Türkiyə Prezidenti Ərdoğanın bu yaxınlarda Ermənistan-Türkiyə münasibətləri mövzusunda fikirlərinə toxunub.
Manevr.az xəbər verir ki, Paşinyan bu bəyanatların Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi, iki ölkə arasında dəmir yolu və avtomobil yollarının açılması haqqında danışmaq imkanı açdığını söyləyib.
"Daha geniş nəticələr əldə etməyə imkan verəcək danışıqlara hazırıq. Ümumiyyətlə, məqsəd bölgəmizi Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən bir növ qovşağa çevirməkdir. Məmnuniyyətlə bildirməliyəm ki, Rusiya bu prosesə fəal töhfə verməyə hazır olduğunu açıq şəkildə ifadə edib. Avropa Birliyi, Fransa və ABŞ da bu prosesdə maraqlıdır. Çin və Hindistanın ünsiyyət əlaqələrinin inkişafına olan marağı hamıya məlumdur”.
Erməni baş nazir vurğulayıb ki, bölgədəki sabitlik və sülh Ermənistanın uzunmüddətli strategiyasıdır: “Sülh, sabitlik, əməkdaşlıq asanlıqla elan edilən və arzu olunan bir məqsəddir, lakin bunun həyata keçirilməsi üçün yaxşı düşünülmüş və praqmatik səylər lazımdır və Ermənistan bu səyləri göstərməyə hazırdır”./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar