Xəbər lenti
Bermud üçbucağında itən pilotlarla bağlı 76 ildən sonra ilk ipucu tapıldı - ŞƏKİL
Dəniz bioloqu, dalğıc Mayk Barnett və onun komandası İkinci Dünya Müharibəsi dövrünə aid təyyarənin qalıqlarını tapıblar. Ehtimal olunur ki, bu, “Reys 19 ”-un itmiş təyyarələrindən biridir.
“RİA Novosti”-nin verdiyi xəbərə görə, söhbət ABŞ-ın “Reys 19” adlanan beş hərbi təyyarəsinin Bermud üçbucağından keçərkən radarlardan yoxa çıxması ilə bağlı hadisədən gedir.
“Əvvəlcə dənizin dibində yalnız bükülmüş metal yığını gördük. Bu, çox şey ola bilərdi – məsələn, batmış gəmidən geriyə qalan tullantılar”, - deyə alim bildirib.
Barnett qeyd edib ki, dalğıclar qalıqların yaxınlığından bir pər tapıblar. Qəza yerinin sonrakı tədqiqatı metal hissələrin ötən əsrin 40-cı illərinə aid döyüş təyyarəsinə aid olduğunu müəyyən etməyə imkan verib.
“History” kanalında yayımlanan materialda elm adamlarının həqiqətən də “Reys 19”-a aid itkin təyyarələrdən birini tapıb-tapmadıqları dəqiqliklə izah olunmur. Bununla belə, proqramın müəllifləri vurğulayır ki, yeni təfərrüatlar Bermud Üçbucağında baş verən insidentin sirrinin çözülməsi ilə bağlı ipucu ola bilər.
Qeyd edək ki, 1945-ci ilin dekabrında ABŞ Hərbi-Hava Qüvvələrinə aid 5 “Avenger” tipli bombardmançı təyyarə leytenant Çarlz Teylorun komandanlığı altında təlim uçuşu zamanı Floridadakı hava bazasından havaya qalxıb və bir qədər sonra yoxa çıxıb.
Bir neçə saat sonra “Avenger”lərin köməyinə gedən axtarış-xilasetmə təyyarələri ilə də əlaqə kəsilib. Ehtimal olunur ki, pilotlar məşhur Bermud üçbucağında yoxa çıxıblar. Aradan 76 il keçməsinə baxmayaraq, 27 nəfərin faciəli ölümünün təfərrüatları hələ də məlum deyil.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar