Xəbər lenti
“Taliban”ın təhsil naziri bəyan etdi: “Oğlanlarla qızlar birlikdə oxumayacaq”

Əfqanıstanın yeni təhsil sistemində tələbə qız və oğlanların ayrı-ayrı təhsil almaları nəzərdə tutulur.
Manevr.az xəbər verir ki, TASS-ın məlumatına görə, bunu ölkədə hakimiyyəti ələ keçirən radikal "Taliban” hərəkatının Ali Təhsil Naziri vəzifəsinə təyin etdiyi Əbdül Baki Haqqani bildirib.
"Əfqanıstanlı qızların təhsil almaq hüququ var, amma onlar gənc oğlanlarla eyni siniflərdə oxuya bilməzlər. Tələbə qızlar üçün təhlükəsiz təhsil mühiti yaradılacaq”,- deyə yerli TOLOnews telekanalı Haqqaninin təhsil mövzusunda keçirilən xüsusi toplantıdakı çıxışından sitat gətirir.
Öz növbəsində, ölkəni tərk edən Prezident Əşrəf Qaninin hakimiyyəti dövründə təhsil naziri vəzifəsini icra edən Abbas Bəsir, Talibanın Əfqanıstan təhsil sisteminin son iyirmi ildə əldə etdiyi bütün uğurları qoruyacağına söz verdiyini vurğulayıb.
Ali Təhsil Naziri vəzifəsini icra edən Əbdül Baki Haqqani həmçinin yaxın vaxtlarda universitetlərin fəaliyyətinin bərpa ediləcəyinə, müəllimlərə və nazirlik əməkdaşlarına yenidən əmək haqqı ödəniləcəyinə də söz verib.
Bİr müddət əvvəl "Taliban” sözçüsü Vahidullah Haşimi "Reuters” ə verdiyi müsahibədə, ölkədə qızlar üçün təhsilin əlçatan olub, olmaması məsələsinin hərəkatın üləmalar (ilahiyyatçılar) şurası tərəfindən həll ediləcəyini vurğulamışdı./sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar