Xəbər lenti
Rusiya "Taliban"ın planının ÜSTÜNÜ AÇDI: Səlahiyyət Türkiyəyə verilə bilər

Rusiya "Taliban" qruplaşmasının Kabil aeroportunu idarə etmək üçün Türkiyəni nəzərdən keçirdiyini söyləyib.
Manevr.az xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov Kabil Həmid Karzai Beynəlxalq Hava Limanının fəaliyyəti ilə bağlı açıqlamalar verib.
Jirnov "Taliban"ın amerikalıların gedişindən sonra Kabil hava limanının texniki nəzarətinin Qətərə və ya Türkiyəyə verilməsi ehtimalını araşdırdığını söyləyib.
"Eşitmişəm ki, "Taliban" Kabil hava limanını texniki olaraq kimin idarə edəcəyi ilə bağlı təşəbbüslər göstərir. Bunu özləri edə bilməyəcəklərini bilirlər. Belə təcrübələri yoxdur və mütəxəssislər axtarırlar. Türkiyə və Qətəri nəzərdən keçirirlər", - diplomat qeyd edib.
Əfqanıstanda vəziyyətin sabitləşmə perspektivlərinin böyük ölçüdə ABŞ-dan asılı olduğunu ifadə edən səfir, "Moskva və Vaşinqtonun Əfqanıstanla bağlı əməkdaşlıqda heç bir problemi yoxdur", - deyə qeyd edib./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































