Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya “türk səddi”nə ilişdi – Bölgədəki partlayışların pərdəarxası

Tarix: 29-08-2021 14:41     Baxış: 4168 A- / A+
Rusiya “türk səddi”nə ilişdi – Bölgədəki partlayışların pərdəarxası

Avqustun 26-da saat Qazaxıstanın cənubunda - Jambıl vilayətinin Bayzak rayonu ərazisində yerləşən silah-sursat anbarında böyük partlayış baş verdi. Yaxın ərazilərdə yaşayan 1200 sakinin təxliyəsi və 13 nəfərin ölümü də daxil 90 nəfərin zərər çəkməsilə nəticələnən partlayışa görə ölkədə matəm elan olunub.

Manevr.az xəbər verir ki, bu barədə politoloq Ərəstun Oruclu danışıb.

Ekspert son illərdə Qazaxıstanda baş vermiş bu kimi olayların təsadüfi olmadığını söyləyib:

“Hadisə yerinə gələn ölkənin müdafiə naziri Nutlan Yermekbayev bildirib ki, son dövrlər hərbi anbarlarda baş verən partlayışlar səhlənkarlıq, yanğın törədilməsi və diversiyalar səbəbindən baş verə bilər, bu səbəbdən də o, öz postundan getmək üçün prezidentə istefa ərizəsini təqdim edəcək. Qazaxıstan mənbələrinin təhlili göstərir ki, son iyirmi ildə ölkədə azı 10 belə hadisə olub ki, onların da tən yarısı son 5 il ərzində baş verib. Qazaxıstanın kim tərəfindən və hansı səbəbdən belə diversiyalara məruz qalmasının səbəblərini anlamaq üçün onun xarici ticarət dövriyyəsinin dinamikasını və o cümlədən də hərbi əməkdaşlıq vektorunun hansı istiqamətə dəyişməsini nəzərdən keçirmək kifayət edir.

Rəqəmlərlə çox yükləmədən qısaca onu bildirim ki, pandemiya önü dövrdə (2019) bu dinamika belə olub: Qazaxstanın əsas xarici ticarət partnyoru Rusiya olsa da, ticari dövriyyədəki artım dinamikası başqa tendensiyanı göstərir: Rusiya +0,8%, Çin + 26,2%, Cənubi Koreya +88,0%, Türkiyə +63,6%, Fransa +7,9% və s.

Qazaxıstan daha çox Asiya və Avropa ilə dövriyyəni artırır. Hərbi sahədə əməkdaşlıqla bağlı açıq mənbələrdə məlumatlar yetərincə olmasa da, amma beynəlxalq hərbi ekspertlərin fikrincə, təxminən eyni mənzərə də bu sahədə müşahidə olunur. Qazaxıstan hərbi əməkdaşlıq vektorunu da diversifikasiya edərək, daha çox Qərbə, Çinə və Türkiyəyə meyllənir. O zaman diversiyaların baş verməsində də qeydi-adi bir şey görünməməlidir”.

Ərəstun Oruclu qeyd edib ki, Qazaxıstanın problemləri bunlarla bitmir:

“Məsələ burasındadır ki, yenidən qaynayan “əfqan bataqlığı”nın ən çox narahat etdiyi ölkələrdən biri Rusiyadır. Amma onun Əfqanıstanla sərhədə qoşun yığması üçün ən azı Tacikistan, Türkmənistan və ya Özbəkistanla bu barədə anlaşma əldə olunmalıdır. Belə anlaşmanın əldə olunmasının çətinlikləri bir yana (Türkmənistan və Özbəkistan buna meylli görünmürlər), bu ölkələrə hərbi yüklərin daşınması üçün (burada da söhbət daha çox ağır texnikadan gedir) Qazaxıstan ərazisindən mütləq keçid əldə olunmalıdır. Astana isə bunu etməyə meylli görünmür”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar