Sizin Reklam Burada
Xəbər lenti
10-10-2026
09-10-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə ard-arda 4 güclü zəlzələ - dağıntılar var

Tarix: 02-03-2017 16:54     Baxış: 3415 A- / A+
Türkiyədə ard-arda 4 güclü zəlzələ

Türkiyənin Adıyaman əyalətində 5,8 bal gücündə zəlzələ olub.

Manevr.az report-a istinadla xəbər verir ki, yeraltı təkanlar ölkənin Diyarbəkir, Qaziantep, Batman, Şanlıurfa, Qəhrəmanmaraş və Malatya bölgələri də daxil olmaqla, bir çox əyalətlərdə hiss edilib.

Fövqəladə Hallar Nazirliyinin Adıyaman əyalətinin başçısı Osman Ərtoğrul Altuğ bildirib ki, insan tələfatı olmasa da, dağıntılar var.

Onun sözlərinə görə, Adıyamanda Müsəllə məscidinin minarəsi dağılıb.

Adıyamanın Akdamar kəndinin icra başçısı Nəcməddin Öztürk CNN Türk-ə müsahibəsində güclü zəlzələnin olduğunu deyib:

“15 ev uçdu. Kənddə iki nəfər yaralanıb. Kənddəki evlərin yarısı dağılıb. Evlərə girmək mümkün deyil”.

Qeyd edək ki, güclü zəlzələnin ardınca 4.2, 3.8 və 4.4 bal gücündə daha 3 təkan qeydə alınıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar