Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda Polşa ordusunu gözləyirlər, Polşada isə bu barədə heç nə bilmirlər - VARŞAVADAN ŞƏRH

Tarix: 26-08-2021 23:03     Baxış: 3227 A- / A+
Ermənistanda Polşa ordusunu gözləyirlər, Polşada isə bu barədə heç nə bilmirlər

Ermənistanda beynəlxalq hərbi kontingentin bölgəyə və ya ən azı bu ölkənin Azərbaycanla sərhədinə yerləşdirilməsi ilə bağlı çağırışlar eşidilməyə davam edir. İrəvanda daha çox fransız qoşunlarından danışılır.

Lakin bugünlərdə erməni radikal müxalifətçisi Jirayr Səfilyan tərəfindən yeni sayıqlama ortaya atılıb. O, bölgədə Fransa qoşunlarının yerləşdirilməsi ilə bağlı Qərbin təklifinin Rusiya tərəfindən qəbul edilməyəcəyi təqdirdə, fransızların Polşa hərbi kontingentilə əvəz olunacağını iddia edib.

Tanınmış polşalı analitik, Nikolay Kopernik adına Torun Universitetinin Siyasi Elmlər və Beynəlxalq Araşdırmalar Fakültəsinin professoru Roman Bekker verdiyi şərhdə, Ermənistanda gəzən şayiələrdən təəccübləndiyini dilə gətirib.

“Mən bütün Polşa mediasında, sosial şəbəkələrdə və forumlarda dərc olunan yazıları yaxından izləyirəm. Heç bir yerdə və heç vaxt belə bir təklifə, hətta ideya səviyyəsində belə, rast gəlməmişəm. Polşa qoşunlarının Cənubi Qafqaza göndərilməsi fikri təəccüblüdür. Əminliklə deyə bilərəm ki, bu məsələ Polşada sadəcə olaraq gündəmdə deyil”, - deyə həmsöhbətimiz bildirib.

Roman Bekker ötən il Qarabağ müharibəsinin nəticələrinə də toxunaraq, baş verənlərin nəinki geosiyasi və ya Azərbaycanla Ermənistan arasındakı qarşıdurma, həm də müasir hərbi münaqişə forması baxımdan çox maraqlı olduğunu bildirib.

O qeyd edib ki, 44 günlük müharibə zamanı iki növ silahlı qüvvə arasında toqquşma müşahidə olunub. Politoloqun fikrincə dünyanın bütün orduları bu müharibənin təcrübəsini öyrənməlidir və artıq öyrənir. moderator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar