Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Makronun növbəti yalanı, yoxsa texniki səhv? - Prezidentin peyvənd tarixi qalmaqal yaratdı

Tarix: 26-08-2021 22:27     Baxış: 3198 A- / A+
Makronun növbəti yalanı, yoxsa texniki səhv?

Ötən ilin dekabr ayında koronavirusa yoluxan Fransa prezidenti Emmanuel Makron ölkəsində vaksinasiyanın başladığı 31 may tarixində həyat yoldaşıyla birgə peyvənd olunduğunu bəyan edib.

“Haber Global” bildirir ki, bu barədə məlumatı dövlət başçısı vaxtilə “Twitter” səhifəsindən paylaşıb.

Lakin o zaman səhiyyə naziri Olivye Veran və Baş nazir Jan Kasteksin müvafiq görüntüləri yayıldığı halda, Makronun peyvənd fotoları dərc edilməyib.

“Mediapart” prezident və xanımının vaksin sertifikatlarının məlumatlarını əldə edib. Birinci ledinin COVID pasportunda peyvənd tarixi kimi 31 may göstərilsə də, Makronun sənədində 13 iyul qeyd olunub.

Yelisey sarayından verilən açıqlamada prezidentin sertifikatındakı tarixin texniki səhv nəticəsində yalnış yazıldığı bildirilib. Lakin bununla yanaşı, dövlət başçısının məhz mayın 31-də peyvənd olunmasıyla bağlı heç bir dəlil təqdim edilməyib. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar