Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

"Taliban" şura yaratmaq istəyir - Ölkəni idarə etmək üçün

Tarix: 24-08-2021 09:27     Baxış: 4172 A- / A+
"Taliban" şura yaratmaq istəyir - Ölkəni idarə etmək üçün


Radikal “Taliban” hərəkatının rəhbərliyi Əfqanıstanı idarə etmək üçün şura qurmaq niyyətindədir. Onlar buraya 12 nəfəri daxil etmək istəyirlər. Bu siyahıda ölkənin əvvəlki hökumət üzvlərindən bəzilərinin də adı olacaq.


Manevr.az
xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı hərəkatın liderlərinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, şuradakı ən nüfuzlu üç şəxs “Taliban”ın siyasi qanadının lideri Əbdül Qani Baradar, hərəkatın qurucusu Molla Ömərin oğlu və “Taliban”ın hərbi komissiyasının rəhbəri Mouləvi Yaqub, həmçinin “Haqqani şəbəkəsi” təxribatçı qrupunun lideri və sahə komandiri Siracuddin Haqqani olmalıdır.

Qəzet qeyd edir ki, “Taliban” Əfqanıstanda prezident və ya hər hansı digər vahid lider postunu bərpa etməyi düşünmür. Bununla belə, onlar ABŞ-nin dəstəklədiyi əvvəlki hökumət üzvlərindən bəzilərinə yeni kabinetdə öz seçimləri üzrə nazir vəzifələrini təklif etmək niyyətindədirlər. “Taliban” bununla da beynəlxalq ictimaiyyət tərəfindən tanınma şansını artırmaq üçün mümkün qədər əhatəli görünən bir hökumət yaratmaq istəyir.apa

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar