Xəbər lenti
Türkiyədə yeni tədris ilinə HAZIRLIQ BAŞLADI
Türkiyədə 2021-2022-ci tədris ilində təhsilin əyani davam etməsi məqsədilə sistemli tədbirlərə başlanılıb.
Milli təhsil naziri Mahmut Özer bu barədə ölkənin bütün vilayətlərinin təhsil idarələrinə yazılı təlimat göndərib. Bildirilir ki, Milli Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən bütün təhsil müəssisələrində yeni tədris ili sentyabrın 6-da başlanacaq. Ötən illərdəki kəsir problemləri ilə bağlı qərarlar sentyabrın 12-də icra olunmalıdır.
Qeyd edək ki, Türkiyə hökumətinin qərarı ilə növbəti tədris ilində dərslər əyani başlanacaq və yeni növ koronavirus (COVID-19) infeksiyası risklərini aradan qaldırmaq üçün bəzi mühüm tədbirlər görüləcək. Təhsil müəssisələrində çalışan peyvənd olmayan işçilər və müəllimlər həftədə məcburi qaydada infeksiyaya qarşı iki dəfə test olunacaqlar. Bundan başqa, maska taxmaq, sosial məsafə saxlamaq və təmizlik qaydalarına əməl etmək məcburidir. Məktəb nəqliyyat servislərində və yeməkxanalarda da sərt tələblər və xüsusi qaydalar tətbiq olunacaq.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar