Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Yerə potensial təhlükəli asteroid yaxınlaşır

Tarix: 21-08-2021 05:33     Baxış: 4218 A- / A+
Yerə potensial təhlükəli asteroid yaxınlaşır

Potensial olaraq təhlükəli səma cisimləri sinfinə aid olan 2016 AJ193 21 asteroidi bu gün minimal məsafədə Yer kürəsinə yaxınlaşacaq.

Bu barədə NASA-nın bölmələrindən birinin saytında bildirilir.

Qeyd edilir ki, asteroidlə planetimiz arasında məsafə təxminən 3,4 milyon kilometr təşkil edəcək.

Məlumata görə, asteroid Bakı vaxtı ilə saat 19:10-da Yer kürəsinə ən yaxın məsafədə olacaq. Asteroidin sürəti saniyədə 26 kilometr təşkil edir. Onun ölçüsü 400-1 300 metrdir. Məlumata görə, 2016 AJ193 21 potensial olaraq təhlükəli asteroidlər qrupuna aiddir, ancaq indi planetimiz üçün təhlükə törətmir.

Alimlər bundan əvvəl də bildiriblər ki, Yer kürəsinə yaxınlaşan asteroidlərin bütöv qrupu mövcuddur. Bu qrupa yaxın gələcəkdə Yerə 7,5 milyon km və ya daha az məsafədə yaxınlaşa bilən asteroidlər daxildir. Həmin səma cisimləri potensial təhlükəli hesab olunurlar. publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar