Xəbər lenti
Əfqan jurnalist Kabildən danışır: "Tövbəyə məcbur edirlər..."
Kabildə həyat normallaşmayıb. Küçələrdə insanları görə bilərik, amma dükan-bazar bağlıdır. Çox az insan mağazalarını açıb. Əksəriyyət gərgin halda gözləyir, hazırda şəhər sakitdir. Əfqanıstan uzun illər müharibə vəziyyətində olub. İnsanlar indi qismən rahatdırlar, müharibənin sonlandığını bilirlər.
Manevr.az xəbər verir ki, bu fikirləri əfqan jurnalist Əhməd Menqli müharibədən sonra Əfqanıstanla bağlı CNN Türkə açıqlamasında deyib.
O bildirib ki, hazırda əfqanlar həyatın normal vəziyyətə qayıtmasını gözləyirlər: “Dünən səhər tezdən küçələrdə gəzdim. Şəhərin müxtəlif yerlərinə və hava limanına baş çəkdim. İnsanlar bankların açılmasını və həyatın normala dönməsini gözləyirlər. Lakin banklar və dövlət idarələri fəaliyyət göstərmir, müəssisələr bağlıdır. Küçələrdə Taliban yaraqlıları var. Çox adam çölə çıxmır, evdədir. Hazırda təhlükəsizlik problemi yoxdur.
Zaman-zaman Taliban oğurluq edənləri tutub küçədə cəzalandıraraq tövbəyə məcbur edir. Bu görüntülər sosial mediadan gəlir”.
Əhməd Menqli deyir ki, ən ağır vəziyyət Kabil hava limanındadır: “Günlərdir orada sıxlıq davam edir. Bir dostumla danışdım, dünən gecə hava limanına gedib. Türkiyəyə getmək üçün uşaqları ilə birlikdə saatlarla orada gözləyib. Minlərlə insan olduğu üçün içəri girə bilməyib, geri qayıdıblar.
Hamı ölkədən getməyə çalışır. Çünki ölkədə iş və sağlam iqtisadiyyat yoxdur. Təsərrüfat sahələri boşdur, su qıtlığı, quraqlıq var. Bu səbəbdən insanlar həm hava, həm də quru yolla xaricə qaçmağa çalışırlar”./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar