Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Əfqanıstan prezidenti "Taliban"a MEYDAN OXUDU :"Erkən qələbə qazanacağıq"

Tarix: 15-08-2021 07:56     Baxış: 3338 A- / A+
Əfqanıstan prezidenti "Taliban"a MEYDAN OXUDU

Əfqanıstan Prezidenti Əşrəf Qani şənbə günü “Taliban” üzərində erkən qələbə qazanacağına inandığını bildirib.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“Tezliklə “Taliban” hərəkatını məğlub edəcəyik”, telekanal prezidentdən sitat gətirib.

Qeyd edək ki, daha əvvəl Əfqanıstan səlahiyyətliləri ilə “Taliban” arasında atəşkəsə nail olmaq üçün hökumət, siyasi liderlər və beynəlxalq tərəfdaşlarla təcili məsləhətləşmələrin başladığını elan edib.

Yerli “1TVNews” telekanalının yaydığı məlumata görə, görüşdə, xüsusən, Kabulun təhlükəsizliyinin təmin edilməsi planı təqdim edilib.

Xatırladaq ki, bu günə qədər “Taliban” Əfqanıstanın 34 əyalətindən 22-nə nəzarət edir. Bir çox şəhər döyüşmədən təslim olub. Son məlumatlara görə, Əfqanıstanın şimal -qərbində, Türkmənistan sərhədi yaxınlığındakı Faryab əyalətinin inzibati mərkəzi olan Meimene şəhəri də “Taliban” silahlıları tərəfindən ələ keçirilib. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar