Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rəisinin yeni nazirləri: Qərb düşmənləri gəlir

Tarix: 13-08-2021 06:58     Baxış: 3178 A- / A+
Rəisinin yeni nazirləri: Qərb düşmənləri gəlir

İran prezidenti İbrahim Rəisi bu gün parlamentə nazirlər kabinetinin siyahısını məktubla göndərib. Parlament nazirləri avqustun 22-dəki iclasında müzakirə edəcək.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq İbrahim Rəisinin əsas postlara İslam Keşikçiləri Korpusu ilə sıx bağlı olan və antiqərb meylli namizədləri irəli sürdüyünü bildirib:

“Misal üçün xarici işlər naziri vəzifəsinə irəli sürülən Hüseyn Əmir Abdullahiyan SEPAH-ın Qüds briqadasına yaxın şəxsdir. O, Qərbə və İsrailə nifrət edən açıqlamaları ilə yadda qalıb. “İsraili hər an dağıdıb, onun şəhərlərini viran qoya bilərik” deyən yeni nazir ali dini lider Əli Xamenei və Hizbullahın lideri Həsən Nəsrullahla yaxınlığı ilə tanınır.

Rəisinin daxili işlər naziri postuna irəli sürdüyü Əhməd Vəhidi də beynəlxalq aləmdə böyük rezonans doğurub. Vəhidi 1994-cü ildə SEPAH və ETTELAAT-a bağlı qüvvələrin Argentinanın paytaxtında yəhudilərə məxsus “Amya” mərkəzində törətdiyi terror aktında iştirakda şübhəli bilinir. Həmin partlayış zamanı 80-dən çox insan həlak olmuşdu. O, 2007-ci ildən İnterpolun axtarış siyahısındadır.

Beləliklə, İbrahim Rəisi kabineti də özü kimi mühafizəkarlardan formalaşdırıb. Parlamentdə mühafizəkarların çoxluqda olduğunu nəzərə alaraq nazirlərin təsdiq olunacağı şübhə doğurmur. Yeni nazirlərin qarşısında titanik problemlər var. Birincisi, İranda pandemiya tüğyan edir, virusa yoluxma və ölüm halları azalmır, vaksin çatışmır. İkincisi, pandemiya və sanksiyalar iqtisadiyyatı çökdürüb, sosial problemlər artıb. Üçüncüsü, Tehranın Vaşinqtonla nüvə anlaşması danışıqları dalana dirənib. Dördüncüsü, İran İsraillə müharibə astanasındadır. Beşincisi, Tehranın ərəb dünyasının bir hissəsiylə də münasibətləri gərgindir. Bu problemləri islahatçı adlanan keçmiş prezident Həsən Ruhani və komandası həll edə bilmədi. Mühafizəkarlrın şansı nə qədərdir, bunu zaman göstərəcək”. axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar