Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Polkovnik-leytenant: "Yanğının kəndlərə keçməsinin qarşısı alınıb"

Tarix: 11-08-2021 20:59     Baxış: 4194 A- / A+
Polkovnik-leytenant: "Yanğının kəndlərə keçməsinin qarşısı alınıb"

"Azərbaycan yanğınsöndürənlərinin fədakar əməyi sayəsində Muğlanın Köycegiz ilçəsinin Çövelli kəndində yanğının kəndlərə keçməsinin qarşısı alınıb".

Manevr.az-ın məlumatına görə, bu sözləri apa-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sabunçu Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenant Rəşad Bayramov deyib.

O bildirib ki, ötən gecə axşam saatlarında gələn məlumat əsasında Çogenli və Çövellli kəndində yerləşən meşə massivində yanğınlara cəlb olunublar: “Rəhbərlik tərəfindən verilən müvafiq göstərişlərdən sonra 30 maşınla bu əraziyə gəldik. Gördüyünüz bu sahədə üç istiqamətdə yanğın avtomobilləri yerləşdirilib. Yanğınsöndürənlərimiz bu ərazidə açıq alovla qarşılaşdı. Xüsusi ilə ən təhlükəli ərazi bizim dayandığımız məntəqə idi. Coğrafi mövqeyinə görə çətin olan bu relyefdə alovun qarşıdakı kəndlərə keçmə təhlükəsi var idi. Bu səbəbdən çətin relyefə baxmayaraq bizim yanğınsöndürənlərimiz xilasedici kəndirlərlə başda mən olmaqla bu əraziyə endik. Alovun söndürülməsində 7 həlledici yanğın lülələrindən istifadə olunub. Yanğın lülələri vasitəsi ilə gecə saat 10 radələrindən səhər saat 5 radələrinədək biz yanğının söndürülməsinə nail olduq".

Polkovnik-leytenant qeyd edib ki, hazırda yanğının soyudulması işləri aparılır: "Bildiyiniz kimi yanğının yayılmasında əsas meyar küləyin olmasıdır. Bir neçə gündür ki, bu ərazilərdə güclü küləklər əsir".

R.Bayramov onu da vurğulayıb ki, Azərbaycan yanğınsöndürənləri ölkəmizdəki dağlarda belə əməliyyatlar apardıqları üçün bu tip yanğınların söndürülməsində böyük təcrübəyə malikdirlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar