Xəbər lenti
Ağ Ev “Taliban”ın Əfqanıstanda nəzarəti ələ keçirəcəyinə İNANMIR

“Əfqanıstan hökumətinin radikal “Taliban” yaraqlılarının öhdəsindən gəlmək üçün kifayət qədər silahlı qüvvəsi var, bu, respublika hakimiyyətinin danışıqlarda üstünlük qazanmasına imkan verəcək”.
Manevr.az-ın məlumatına görə, bu sözləri Ağ Evin mətbuat katibi Jen Psaki mətbuat konfransında söyləyib.
O, Əfqanıstanda sabitliyin bərpasına, Milli Təhlükəsizlik Qüvvələrinin müqavimətini gücləndirəcək silahlara, gücə və təhsilə sahib olduğuna inandıqlarını ifadə edib.
Ağ Evin sözçüsü ABŞ-ın daha əvvəl respublikanın təhlükəsizlik qüvvələrinə əhəmiyyətli dəstək verdiyini və növbəti maliyyə ilində bu ehtiyaclar üçün təxminən 3,3 milyard dollar ayırmağa hazır olduğunu qeyd edib.
Psakinin sözlərinə görə, ABŞ Prezidenti Co Bayden “Taliban”ın Kabulu ələ keçirəcəyinə və ya Əfqanıstanda nəzarəti ələ keçirəcəyinə inanmır: "Prezident hələ də hesab edir ki, “Taliban” Kabulu və ya bütün ölkəni ələ keçirmək gücündə deyil. Əfqanıstan hakimiyyəti “Taliban”la mübarizə üçün siyasi iradə nümayiş etdirməlidir”.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar