Xəbər lenti
İsraildən İrana qarşı bu ölkəyə İTTİFAQ TƏKLİFİ

İsrail Səudiyyə Ərəbistanına NATO nümunəsi üzrə Yaxın Şərqdə ittifaqın yaradılmasını təklif edir.
Manevr.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman Almaniyanın “Die Welt” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Tehran yəhudi dövləti üçün ən ciddi təhlükədir.
Libermanın sözlərinə görə, loyal sünni dövlətləri İsrail, sionizm və ya yəhudilərin deyil, İranın ən ciddi təhlükə yaratdığını anlayıblar. Nazir loyal sünni dövlətlərə Körfəz ölkələrini, ilk növbədə Səudiyyə Ərəbistanını aid edib.
“NATO-ya baxın. İttifaq o prinsipə əsaslanır ki, hər ölkə digər üzv ölkəni müdafiə etməyə hazırdır. Mən düşünürəm ki, ərəb dövlətləri sağ qalmaq üçün İsrailə daha çox ehtiyac duyur”, - o deyib.
Nazirin sözlərinə görə, İsrail texnologiyalarla ərəb ölkələrinə kömək edə bilər:
“Onlarda bizdə olan analoji güclər yoxdur: nə terrorizmlə mübarizə sahəsində, nə hərbi planda, nə elmi araşdırmalar sahəsində”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar