Xəbər lenti
20 ilə dünyanı nə gözləyir? - Qasırğa, yanğın, quraqlıq... - BMT-dən ŞOK xəbərdarlıq
Dünyada istiləşmə nəzarətdən çıxır və buna görə "birmənalı" günahkar insanlardır. Belə bir xəbərdarlıqla avqustun 9-da BMT-nin iqlim dəyişikliyi üzrə qurumu çıxış edib.
İqlim Dəyişikliyi üzrə Beynəlxalq Ekspertlər Qrupunun (ingiliscə qısa adı: IPCC) hesabatında deyilir ki, atmosferdə istixana qazlarının səviyyəsi iqlim pozuntusu yaradacaq səviyyədə yüksəkdir. Bundan başqa indi baş verən ölümcül isti dalğaları və qasırğaların getdikcə daha da kəskinləşəcəyi gözlənilir. BMT-nin Baş katibi Antonio Quterres hesabatı "bəşəriyyət üçün fövqəladə vəziyyət" adlandırıb, kömürdən və digər yüksək çirklənmə yaradan yanacaqdan istifadəni dayandırmağa çağırıb:
"Qlobal istiləşmə Yer üzünün hər bir regionuna təsir göstərir və dəyişikliklərin çoxunun qarşısını almaq mümkün olmur... Nə qədər ki kömür və digər mədən yanacağı planeti məhv etməyib, bu hesabat onlar üçün əcəl zəngi kimi səslənməlidir", - Quterres deyib.
Müxtəlif ölkələr və kampaniyaçılar hesabata reaksiya veriblər. ABŞ Prezidentinin İqlim üzrə təmsilçisi Con Kerrinin sözlərinə görə, hesabat iqlim böhranının daha ciddi şəkil alacağını, gələn onillikdə iqlimlə bağlı təcili tədbir gərəkdiyini aydın şəkildə göstərir. Britaniyanın Baş naziri Boris Conson deyib ki, növbəti onillik planetin gələcəyinin təmin edilməsində həlledici olacaq. milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar