Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədən Ermənistana QADAĞA: Ankara hava məkanını rəsmi İrəvanın üzünə bağladı

Tarix: 04-08-2021 14:17     Baxış: 4124 A- / A+
Türkiyədən Ermənistana QADAĞA: Ankara hava məkanını rəsmi İrəvanın üzünə bağladı

Ermənistanda qeydiyyatdan keçən təyyarələrin Türkiyənin hava məkanına girməsi qadağan edilib.

Manevr.az erməni mətbuatına istinadən xəbər verir ki, bu qərar 2020 -ci ilin sentyabr ayından etibarən verilib. Belə ki, Türkiyə heç bir əsas gətirmədən Ermənistanda qeydiyyatda olan təyyarələrin hava məkanına girməsinə qadağa qoyub.

Nəşr yazır ki, avqustun 2-nə olan məlumata görə, Ermənistanda 19 mülki və 1 hökumət təyyarəsi qeydə alınıb. Ermənistan rəsmiləri bunu rəsmi İrəvana qarşı düşmənçilik kimi xarakterizə ediblər. Amma Ermənistan rəsmiləri Azərbaycan və Türkiyə qardaşlığından irəli gələrək belə bir addımın atıldığını anlamamış deyillər.

Qeyd olunur ki, Ermənistana məxsus təyyarələrə Türkiyənin hava məkanına daxil olmaqla bağlı ilk imtina qərarı sentyabr ayının 9-da verilib. Daha sonra isə həmin ayın 18-i və 25-i, ardınca isə 2021-ci il mart ayının 19-u və 23-ü verilib.

Ermənistanın Mülki Aviasiya Komitəsi qeyd edir ki, beynəlxalq səviyyədə tanınmış qaydalara uyğun olaraq hava məkanının istifadəsinə qoyulan qadağa və məhdudiyyətlər haqqında məlumatlar Türkiyənin aviasiya məlumat paketində dərc olunmalı idi. Lakin bu məlumatlar dərc edilməyib və kağız üzərində qadağa ilə bağlı rəsmi məlumat yoxdur. Lakin Türkiyə bu qadağanı qeyri-rəsmi şəkildə tətbiq edir. Məlumata görə Türkiyə son olaraq 29 avqust 2020 -ci il tarixində Ermənistana məxsus mülki təyyarənin uçuşuna icazə verib, bundan sonra qadağa tətbiq olunub.

Nəşrin yazdığına görə, 2014-cü ildən etibarən Azərbaycanda qeydiyyata alınmış təyyarələr Ermənistan səmasında uçmayıb və əksinə Ermənistan təyyarələri də Azərbaycanın hava məkanından istifadə etmir./konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar