Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə Prezident Sarayını bombalayan pilotun adı açıqlandı

Tarix: 21-08-2016 12:03     Baxış: 3406 A- / A+
Türkiyədə Prezident Sarayını bombalayan pilotun adı açıqlandı


Türkiyədə hərbi çevriliş cəhdi zamanı Türkiyə Böyük Millət Məclisi və Prezident Sarayının bombalanması əmrini verən komandirlərin və həmin təyyarələri idarə edən pilotların adları açıqlanıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Konstitusiyaya Qarşı Cinayətlərin Araşdırılması Bürosunun ifadələrə və sənədlərə əsasən hazırladığı hesabatda iyulun 15-də axşam Ankarada 6 yerə 13 bomba zərbəsi endirildiyi əksini tapıb.

Hesabatda qeyd edilib ki, iyulun 15-də saat 23.18 radələrində polkovnik Ahmet Tosunun təlimatı ilə Gölbaşında yerləşən Hava Qüvvələrinin bazasına bir bomba atılıb. Bomba atılan qırıcı təyyarəni pilotlar Mehmet Çetin Kaplan və Ertan Koral idarə ediblər Saat 00.33 radələrində polkovnik A. Tosunun təlimatı ilə pilot Uğur Uzunoğlu Gölbaşı Xüsusi Təyinatlı Polis İdarəsinin binasına bir bomba atıb. Yüzbaşı Mustafa Mete Kaygusuzun təlimatı ilə əvvəlcə saat 00.56 radələrində pilotlar İlhami Aygul və Mehmet Yurdakul, saat 01.08 radələrində isə pilot Mustafa Özkan Ankara Polis İdarəsinə bomba zərbəsi endirib.

Türkiyə Böyük Millət Məclisinin bombalanması təlimatını polkovnik A. Tosun verib. Parlamentə ilk bombanı saat 02.35 radələrində pilot Hasan Hüsnü Balıkçı, saat 03.24 və saat 03.25 radələrində iki bombanı isə pilot Hüseyn Türk atıb. TÜRKSAT-ın bombalanması təlimatını verən də polkovnik A. Tosundur. TÜRKSAT-a saat 03.14, 03.15, 03.17 və 03.19 radələrində pilot Hüseyn Türkün idarə etdiyi qırıcı təyyarədən 4 bomba atılıb.

Prezident Sarayının və Prezident Sarayının körpülü qovşağının bombalanması təlimatını isə ordu generalı Akın Öztürkün kürəkəni olan kapitan Hakan Karakuş verib. Hər iki bomba saat 06.18 və 06.19 radələrində pilot Müslüm Macitin idarə etdiyi qırıcı təyyarədən atılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar