Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qiyamət yaxınlaşır: Salamat qalacaq 5 ölkə - QORXUNC ARAŞDIRMA

Tarix: 01-08-2021 10:56     Baxış: 4192 A- / A+
Qiyamət yaxınlaşır: Salamat qalacaq 5 ölkə - QORXUNC ARAŞDIRMA

Elm adamları əhalinin sayının artması və enerjiyə əsaslanan qlobal iqtisadiyyatın zərərləri səbəbindən dünyanın sonunun yaxınlaşdığını göstərən yeni araşdırma yayıblar.


Manevr.az xəbər verir ki, şiddətli maliyyə böhranı, qlobal istiləşmə, təbiətin məhv edilməsi və COVID-19 kimi pandemiyaların bəşər sivilizasiyasının dağılmasına səbəb ola biləcəyi bildirilib.

Elm adamları dünyanın qlobal çöküşü durumunda ən təhlükəsiz ölkələri müəyyən ediblər. Bu ölkələrə Yeni Zelandiya, İslandiya, Böyük Britaniya, İrlandiya və Avstraliyanın Tasmaniya bölgəsi daxildir. Yeni Zelandiya geotermal və su elektrik enerjisi, bol əkin sahələri və aşağı əhali sıxlığına görə bu siyahıda birinci yeri tutur.

Tədqiqatçılar kompleks şəbəkələrdə bir-birinə bağlı olan enerji əsaslı qlobal iqtisadiyyatın yaratdığı ekoloji ziyan səbəbiylə bəşəri sivilizasiyasının təhlükəli vəziyyətdə olduğunu bildiriblər. Mütəxəssislərin dediyinə görə, ciddi maliyyə böhranı, qlobal istiləşmə, təbiətin məhv olması, COVID-19-dan da pis pandemiyalar qlobal çöküşlə nəticələnə bilər.

Hansı ölkələrin belə bir çöküşə qarşı daha dayanıqlı olacağını qiymətləndirmək üçün ölkələr əhalisi üçün qida tədarük etmək, sərhədlərini istənilməyən kütləvi köçdən, elektrik şəbəkələrindən və bəzi istehsal imkanlarından qorumaq qabiliyyətlərinə görə sıralanıb. İlk sırada mülayim bölgələrdəki və əsasən əhali sıxlığının aşağı olduğu adalar gəlir.

İqtisadi səmərəliliyi qiymətləndirən mütəxəssislər qloballaşmanın dayanıqlılığı pozduğunu qida və digər həyati əhəmiyyətli sektorlarda potensial ehtiyatın tapılmalı olduğunu söyləyiblər.

"Sustainability" jurnalında nəşr olunan araşdırmada milyarderlərin apokalipsisə hazırlaşmaq üçün Yeni Zelandiyada sığınacaq üçün torpaq aldıqları iddia edilib.

Araşdırmada iştirak edən ingilis professor Aled Cons qeyd edib ki, ekologiyanın məhv olması, məhdud resurslar və əhali sayının artması səbəbindən dünyanın gələcəyi böyük təhlükə altındadır:

"Son illərdə qlobal səviyyədə böyük qida itkiləri, maliyyə böhranı və pandemiya ardıcıl olaraq baş verdi. Şanslıyıq ki, eyni vaxtda olmadı. Amma bunların hamısının eyni anda baş verməməsinin real səbəbi yoxdur".teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar