Xəbər lenti
Türkiyə-Azərbaycan tandemi qarşısında bir qərara gəlmək lazımdır..." - Erməni deputat təcili toplaşmağa çağırdı

Müxalifətdə olan “Çiçəklənən Ermənistan” fraksiyasından deputat Naira Zöhrabyan Azərbaycan-Ermənistan sərhədindəki son dürumla bağlı parlamentin təcili iclasının çağrılmasını təklif edib.
Manevr.az xəbər verir ki, erməni mediasının məlumatına görə, o, toplantıya Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan, Silahlı Qüvvələr və Müdafiə Nazirliyinin rəhbər nümayəndələrinin də dəvət olunmalarını tələb edib. Zöhrabyan ölkəsinin hazırda təhlükədə olduğunu bildirib.
“Yaxın vaxtlarda Moskvada olduqca çətin 3 tərəfli danışıqlar gözlənir. 44 günlük müharibədən əvvəl və sonra heç kimin bilmədiyi vəziyyətin təkrarlanmasını istəmirəm. İndi Türkiyə-Azərbaycan tandemi qarşısında bir qərara gəlmək üçün ağıllı və düzgün bir şəkildə real birləşmək vaxtıdır. Çünki onlar artıq vahid ordunun yaradılmasından danışırlar. Dövlətimiz, sərhədlərimiz təhlükə altındadır. Azərbaycan hər gün bütün yazılı və şifahi razılaşmaları pozur. Gəlin bu iclasdan sonra, təcili toplantı çağıraq, bu vacib məsələni müzakirə edək” - deyə, o bildirib.
Hakim “Mənim addımım” fraksiyasından deputat Nazeli Baqdasaryan isə, Ermənistanın öz ərazi bütövlüyü məsələsində kompramisə getməyə imkanı olmadığını bildirib.
Qeyd edək ki, yeni parlamentin ilk iclası avqustun 2-ə təyin edilib. Həmin iclasda ilk növbədə parlamentin rəhbərliyi-sədr və onun müavinləri seçilməlidir./azpolitika.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar