Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türkmənistanda qəribə islahat - Agsaqqallar deputat olacaqlar?

Tarix: 28-02-2017 09:17     Baxış: 4379 A- / A+
Türkmənistanda qəribə islahat


Türkmənistandakı “Ağsaqqallar şurası” parlamentdən ali ola bilər. Bunu hələ fevralın 17-də keçirilən andiçmə mərasimində prezident Qurbanqulı Berdıməhəmmədov bəyan edib.

Bu o deməkdir ki, 70 yaşdan yuxarı olan ağsaqqalların birləşdiyi şura hakimiyyətin rəsmi qanunverici qanadı olacaq.

Türkmənistan 1991-ci ildə müstəqillik qazandıqdan sonra parlamentin səlahiyyətləri artıq ikinci dəfədir ki, azaldılır.

Bundan əvvəl, birinci prezident Saparmurad Niyazovun dövründə yaradılan Xalq şurasına (“Xalq məsləhəti”) dövlət məmurları, dövlət qulluqçuları, biznesmenlər, hətta ictimai və digər təşkilatların nümayəndələri daxil idi.

Türkmənistanda qəribə islahat

Bu qurum vaxtilə, məsələn, Niyazova ömürlük prezidentlik statusu verilməsini təklif etmişdi və 1999-cu il dekabrın 28-də xalqın təkidi ilə Niyazov bununla, nəhayət ki, razılaşmışdı.

2002-ci ilin noyabrında Niyazova sui-qəsd cəhdi xəbərindən sonra prezident parlamentə yox, məhz “Xalq şurası”na lazımi tədbirlər görülməsini tapşırdı və bundan sonra keçmiş xarici işlər naziri Boris Şıxmuradov bunun əsas təşkilatçısı kimi həbs edildi.

Amma indiki prezident Berdıməhəmmədov 2008-ci ilin sentyabrında ölkə konstitusiyasını dəyişdikdən sonra “Xalq şurası” ləğv edildi və onun səlahiyyətləri parlament və icra hakimiyyəti arasında bölüşdürüldü.

Bundan sonra peyda olan “Ağsaqqallar şurası” da indi eyni yolla gedir. Şura ötən ilin sentyabrında yeni konstitusiya düzəlişləri təklif elədi. Söhbət prezidentlik yaşının 70-ə, prezidentlik müddətininsə 5 ildən 7 ilə qaldırılmasından gedir.

Türkmənistanda qəribə islahat

Şura həmçinin ölkə vətəndaşlarına pulsuz elektrik enerjisi, qaz və su verilməsi ilə bağlı dövlət subsudiyalarının ləğvini təklif elədi. Eyni zamanda, 2011-ci ildə prezident Berdıməhəmmədova xalq qəhrəmanı adı verilməsinə səs verdi və onun idarəçiliyini “yerdə cənnət” adlandırdı.

Türkmənistandakı “Ağsaqqallar şurası”nın üzvlərini yerli hakimiyyətlər seçir.

Şuranın iclasında 600 ağsaqqal iştirak edir - ölkədəki 5 vilayətin hər biri və paytaxt Aşqabaddan 100 nəfər.

Hələlik “Ağsaqqallar şurası”na ali qanunvericilik orqanı statusu verilməsi yalnız təklifdir.

Amma “Azadlıq” radiosunun Türkmənistan xidməti yazır ki, bunu prezident Qurbangulı Berdıməhəmmədovun təklif etdiyindən indiki parlament demək olar ki, günlərini sayır.(virtualorg)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar