Xəbər lenti
Yapon mühəndislər ilk dəfə səs vasitəsilə əşyaları havaya qaldırmağa nail olublar
Yaponiyanın Tokio Universitetinin tədqiqatçı mühəndisləri ilk dəfə səs vasitəsilə əşyaları havaya qaldırmağa nail olublar.
Bu barədə "Japanese Journal of Applied Physics" nəşri məlumat yayıb. Bildirilir ki, əşyalara toxunmadan onları hərəkətə gətirmək bir çox sahələr, məsələn biotibbi mühəndislik üçün mühüm əhəmiyyətə malikdir. Hazırda bu lazer pinsetlər vasitəsilə edilir. Yəni lazerin yaratdığı təzyiq obyektin yerini dəyişməyə imkan verir. Lakin bu üsul yalnız həddindən artıq kisik əşyalara tətbiq edilə bilir.
Mühəndislərin rəyinə görə, akustik pinset bu məsələdə daha səmərəli rol oynaya bilər. Onların qənaətincə, bu üsulla daha böyük əşyaları millimetr dəqiqliyi ilə hərəkət etdirmək mümkündür.
Məsələ orasındadır ki, akustik pinseti hərəkət etdirmək üçün səs tələsi lazımdır və ümumiyyətlə səs dalğalarını real zaman çərçivəsində idarə etmək çox çətindir. Lakin layihənin müəllifləri yarımdairə şəkilli akustik qəfəs yaradaraq, onun vasitəsilə 3 millimetr diametrində dairəni səthdən ayırmağa nail olublar.
Alimlər bildiriblər ki, ultrasəs dəyişdiricilərdən istifadə edərək onu bloklara ayırıblar. Bu zaman geri qaytarma filtri səslərin akustik dalğalar şəklində istifadəsinə şərait yaradıb. Belə yanaşma lazım olan hər akustik sahənin əmələ gəlməsi üçün lazımi fazaya və amplitudaya təsir göstərmək imkanı verib.
Müəlliflər qeyd edirlər ki, dairəni akustik tələyə salmaq çətin olduğuna görə, belə yanaşma heç də tam etibarlı deyil. Lakin bu təcrübə həmin sahədə gələcək tədqiqatlar üçün istiqamətləri təyin etməyə imkan yaradır.ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar