Xəbər lenti
Saakaşvili Putinin işğal planını açıqladı
Mixail Saakaşvili Rusiyanın Ukraynaya təşkil edə biləcəyi hücum ssenarilərini açıqlayıb.
Saakaşvili Moskvanın ya Ukraynanın cənubuna desant çıxaracağını, ya da Zmeinıy adasını tutub burada raketlər yerləşdirəcəyini deyib:
“Bu gün Ukrayna ətrafında baş verənlər 2008-ci ildə Gürcüstanda baş verənləri xatırladır. Analogiyalar çoxdur. Birincisi, qüvvələr artır. Bir neçə ay ərzində ətrafımızda qüvvələr artmışdı, indi də Ukrayna ətrafında qüvvələr artır. İşğal olunmuş Krıma Rusiyadakı bütün desant qruplarını atıblar. Bu, təkcə hərbi manevr deyil, ona görə ki, bu böyük qüvvələr, imkanlar və vasitələrdir. Putin Qərbin reaksiyasını öz fəaliyyətləri və bəyanatları ilə yoxlayır”.
Saakaşvilinin iddiasına görə, Putinin Ukrayna haqqında məqaləsi onun Donbas və ya “Novorossiya”nı yox, birbaşa Kiyevi hədəf seçdiyini göstərir:
“Bu məktubda ilk dəfə Zmeinıy adasının adı xatırlandı. Mən Putini yaxşı tanıyıram. Dəqiqliklə deyə bilərəm ki, o, Zmeinıy adasının harada yerləşdiyini belə bilmir. Lakin Putin bu ada haqqında yazdı, çünki bu onun ilhaq planlarından biridir. Onlar Ukrayna xüsusi təyinatlılarının olduğu Zmeinıy adasını tutmaq istəyirlər. Adanın işğalından sonra buraya S-400 sistemləri yerləşdiriləcək ki, o da NATO-nun hava hücumundan müdafiə sistemlərinə tam müdaxilə edəcək. Sonra da Mariupol limanı kimi Odessa, Yujnıy və Çernomorskiy limanları blokadaya alınıb, boğulacaq.
İkinci ssenari daha realdır: Belə ssenariyə əsasən, Ukraynanın cənubuna – Mariupol-Zaporojye-Xerson-Nikolayev xəttinə desant çıxarılacaq. Bu plan NATO-nun sentyabrda təlimlərinin bitməsindən sonra reallaşa bilər”./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar